Transformatorların iş rejimləri
Transformator 3 iş rejimidə ola bilər:
Yüksüz iş rejimi
Qısaqapanma rejimi
Yük rejimi
Transformatoru yüksüz işləmə rejimi.
Yüksüz iş rejimi təcrübə məqsədi kimi istifadə olunur. Yüksüz iş rejimni nə üçün öyrənirik?
İki əsas səbəbə görə ki,onlardan biri yüksüz işləmə cərəyanını tapmaq üçün,yüksüz işləmə gücünü (itgiləri) tapmaq üçün.
Birinci tərəf dolağına nominal gərginlik verdikdə transformatorun birinci tərəfdə dolağında I0 (yüksüz) cərəyan axır. Yüksüz işləmə cərəyanın nominal gərginliyi 3-5 % hədlərində olur.
Qeyd: Nominal gərginlik dedikdə zavodada istehsalat zamanı “pasportunda” yazdığı cərəyandır.
Yüksüz işləmə cərəyanının hesabıda yaranır. Bu itgilərə polad itgiləri deyilir. Polad itgilər özüdə 2 itgilərin cəminə bərabərdir. Bunlara fuko və ya burulğalı cərəyan itgiləri və dis itgiləri adlanır. Bu itgiləri ödəmək üçünsə,nüvə 30-35 mm qalınlığında yığılır.
Yüksüz iş rejimini aaliz etmək üçün bizə gərginlik balans təliyini yazmaq lazımıdır.
![]() |
Balans tənliyi |
Ayrıca biz burada vektor diaqram anlayışından istifadə edəcəyik. Vektor diaqramı nədir?
Vektor diaqramı-gərginlik balansı tənliyində olan vektorların təsviridir.
Burada istifadə oluna bir digər anlayış da əvəz sixemidir. Əvəz sistemi elə bir elektrotexniki sistemdir ki,Om qanunuyla,Kixhrof qanunlarıyla və.s əvəz etdikdə naqillərin ardıcıl və paralel birləşmələrinin əvəz sxemidir. Bir sözlə,transformatorun daxilində gedən prosesləri özündə əks etdirən bir sxemdir.
Qısaqapanma rejimi.
İkinci tərəfin qısaqapanma halında,ikinci dolağın uclarının qapanmasından irəli gəlir. Qısaqapanmada gərginlik olmur(U=0). Ancaq ikinci tərəf dolağından böyük miqdarda cərəyan axacaq. Uyğun olaraq birinci dolaqda da yüksək cərəyan axacaq. Bu da qəza rejimidir. Diqqət yetirsək 1-ci rejimdə hər iki dolaqdan nominal cərəyan axırdı.
Transformatorun 1-ci tərəfinə cərəyan verməmişdən əvvəl 2-ci dolağı ampermetrlə qapayırıq. Ampermetrin qoşulmasında məqsəd oradakı cərəyanı görmək üçündür. Bundan sonra 1-ci tərəf dolağında gərginliyi yavaş-yavaş artırmağa başlayırıq. Hər iki dolağın ampermetrində göstərilən nominal cərəyana gəldikdə voltmetrin gərginliyinə qısaqapanma gərginliyi deyilir. Lakin bu gərginlik voltla yox nisbi qiymətlə ifadə edilir. Bir sözlə, qısaqapanma gərginliyi-dolaqlardan hər hansı birini qısa qapadıqda digər dolağa verilən elə alçaq gərginlikdir ki,hər iki dolaqdan nominal cərəyan axıtsın.
Ayrıca qısaqapanmada nüvədə qapanan maqinit seli çox az olur. Gəlin baxaq görək qısaqapanma rejimində əvəz sxemi nədir?
Qısaqapanma rejimində transformatorun əvəz sxemi bir-biri ilə ardıcıl qoşulmuş 2 nüvəsiz sarğacdan ibarətdir. Burada elektirik əlaqəsi olmayan dolaqları elektirik əlavəsi olan dolaqlarla əvəz etmişik.
Yorumlar