Tranzistor
Tranzistor
Tranzistor mənası transfer(köçürmə) və
rezistor(müqavimət). Tranzistorun baza-B,emitter-E,kollektor-C adlı 3 ayağı
var. O cümlədən 2 tipi mövcuddur: NPN və ya P tip,PNP və ya N tip. Baza ucuna elektirik
gəldik də C-E arasındakı müqavimət azalaraq elektirik keçir. C-E arasından keçən
elekririk enerjisinin dəyəri,B ucuna tətbiq olunan elektirik enerjisinə
bağlıdır. Tranzistorun 3 qoşulması mövcuddur.
Ümumi baza(ÜB),ümumi emitter(ÜE),ümumi kallektor(ÜC).
ÜB-Giriş cərəyanı emitterə,çıxış cərəyanı
kollektordur.
ÜE-Giriş emitter-baza,çıxış emitter-kollektordur.
ÜC-Giriş bazaya,çıxış emitterə qoşulur.
Gəlin tranzistorun bir neçə növü ilə tanış
olaq:Bipolyar tarnzistor,MOSFET,İEBT
Bipolyar tarnzistor-Cərəyanla idarə olunan bu
tranzistor,müəyyən xüsusiyyətlərinə görə digər sahə tranzistorlardan fərqlənir.
Sonda bu fərqləri paylaşacam.
MOSFET(İzoləedilmiş idarəedici elektrodlu tranzistor)- Elektronikada metal-dielektrik-yarımkeçirici (MDY) sahə tranzistoru ən geniş yayılmış və daha çox tətbiq olunan tranzistorlardır.
İEBT(İzolə olunmuş Elektrodlu Bipolyar Tranzistor)- Müasir güc elektron dövrələrində İzolə olunmuş
Elektrodlu Bipolyar Tranzistorlaından İEBT (IGBT - Insulated Gate Bipolar Transistor)
geniş istifadə olunur. Bu böyük gücə malik elektron açarlardan impuls qida mənbələrində,
invertorlarda, tezlik çeviricilərində və eləcə də elektrik intiqallarının idarə
olunmasında tətbiq edilir.
İEBT – nun əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Gərginliklə idarə olunur (bütün sahə tranzistorları
kimi)
2. Açıq vəziyyətdə az itkilərin olması
3. 1000C-dən artıq temperaturda işəmə
qabiliyyəti
4. Gərginliyi 1000 V-dan və gücü 5 kVt –dan çox olan
dövrələrdə işləməsi.
Sahə
tranzistorlarının xüsusiyyətləri və bipolyar tranzistorlardan fərqləndirici cəhətləri
-
Sahə
tranzistorların əsas xüsusiyyəti böyük giriş müqavimətinin
(cərəyan ilə Ug-ie arasındakı münasibətlə təyin olunan) olmasıdır. Sahə tranzistorları gərginliklə,
bipolyar tranzistorları isə cərəyanla idarə olunurlar.
-
Sahə
tranzistorlarında idarə cərəyanı sərf olunmur, bu da idarəolnmada itkilərin,
küylərin və artıq yüklənmələrin azalmasına səbəb olur.
-
Bipolyar tranzistorlarlardan fərqli olaraq daha yaxşı tezlik
xarakteristikalarına malikdir.
-
Bipolyar tranzistorlarlardan fərqli olaraq gücə və cəryana görə gclənmə
daha cox olur.
-
Temperatur dəyişmələrinə
stabildirlər, kiçik güc sərfiyyatı ilə f.i.ə. artır.
-
Sahə
tranzistorlarının girişində idarəedici dövrə girişə nəzərən izolə olunduğundan
onların işinin keyfiyyəti daha yüksək olur.
-
Sahə
tranzistorları açıq vəziyyətdə kanalda müqavimət çox olduğundan gərginlik
düşgüsü bipolyar tranzistorlara nisbətən çox olur.
Yorumlar