Kondensat elektrik stansiyaları(KES)
Bu
elektrik stansiyalarında yalnız elektrik enerjisi istehsal olunur. KES lərin
digər stansiyalardan fərqləndirən bir cəhəti var ki, onlar enerji tələbatçılarından
uzaqda tikilirlər. Buna səbəb elektrik enerjisinin yüksək gərginlikli xətlərlə
ötürülməsidir. Kondensat elektrik stansiyalarında faydalı iş əmsalı (f.i.ə)
40-42 % ə qədər çatır. Nəyə görə bu stansiyalar KES adlanır? Çünki enerji
istehsalının son mərhələsində buxar kondensasiya olunur.
Texnoloji prosesi. KES tipli stansiyalarda yanacaq kimi daş kömürdən,
torfdan, mazutdan istifadə edilir. Yanacaq yanacaq anvarında yandırılır. Sonra
bu yanan yanacağın kimyəvi enerjisi qazandakı suyu buxara çevirir. Və bu zaman
buxarın potensial enerjisi hesabına turbin hərəkətə düşür. Turbinin vəzifəsi
buxarın istilik enerjisini mexaniki enerjiyə çevirməkdir. Turbin hərəkətə düşən
zaman yaranan mexaniki enerji generatora verilir. Generatorun vəzifəsi isə
mexaniki enerjini elektrik enerjisinə çevirməkdir. Beləcə elektrik enerjisi
hasil olunur.
Hal hazırda respublikamızda yerləşən istilik stansiyalarının 60% dən
çoxu KES tipli stansiyalardır. Bu stansiyalarda quraşdırılıan generatorların
gücü təxminən 200 : 800 MVt olur. KES in həm müsbət həm də mənfi cəhətləri
vardır.
Müsbət cəhətləri: az kapital qoyulur, tez zamanda tikilir, fəsildən
asılı olmayaraq sabit iş rejimində işləyir.
Mənfi cəhətləri: bərpa edilməyən resurslarla işləyir, işəburaxılma
müddəti çox olur, proses zamanı tullantılar meydana çıxır.
Yorumlar