Transformatorlar
Transformatorların quruluşu
Transformatorlar dəyişən cərəyanla işləyən statik(durğun,tərpənməz) elektrik maşınları olub,bir parametirli(yəni bir cərəyanlı və ya bir gərginlikli) elektrik enerjisini bir neçə parametrli(yəni bir neçə cərəyanlı və ya gərginlikli) elektrik enerjisinə çevirmək fuksiyasını yerinə yetirir. Transformatorlar sabit cərəyanla işləməz. Doğrudur,sabit cərəyan tarnsformatoru var,lakin ad olaraq belə deyilir. Yoxsa o da dəyişən cərəyanla işləyir. Keçəndəfəki yazılardan da bizlərə məlumdur ki,transformatorlar Maksevelin elektromaqinit induksiya qanuna əsasən işləyir.
Transformatorların 2 əsas hissəsi: 1.nüvə 2.nüvə üzərinə sarılmış dolaqlardan ibarətdir. Nüvəsinin qalınlığı 0,35mm elektrotexniki polad vərəqlərdən ştanplanma və ya digər adı ilə aşırma üsulu ilə yığılır. Bunun belə yığılmasının 2 səbəbi var. Birinici səbəb odur ki,belə yığıldıqda metala qənaət edilir. İkinci səbəb də nüvənin soyutma səthini artırmaq üçün belə yığılır.
Nüvə özü çubuqlar və yarmolardan ibarətdir. Ən sadə transformator 1 fazlı və 2 dolaqlı olur. Dolaqların bir qatlı,çox qatlı,silindirik,sarğac,çökmə,sipiralvari və.s kimi növləri var.
Dolaq və nüvə birlikdə aktiv hissəni əmələ gətirlər. Transformatorun soyudulması isə təbii hava ilə(mayesiz transformatorlar) və yağla aparılır.
Transformatorun 1-ci tərəf və 2-ci tərəf dolaqları var. Birinci tərəf şəbəkəyə,ikinci tərəf isə yükə,işlədiciyə qoşulur. Həmin bu dolağa verilən gərginliyə görə alçaq gərginlikli dolaq və yüksək gərginlili dolaq ola bilər. İstənilən transformator qoşulmasında asılı olaraq həm alçaldıcı həm də yüksəldici olcaq. Transformatorun bu ucularına girişə Pirimer,çıxışa sekonder deyilir. Beləki əgər pirimerə verilən gərginlik seconderdən böyük olarsa,alçadıcı əksi olarsa yüksəldici olur.
Transformatorun iş pirinsibi.
Birinci tərəf dolağı şəbəkəyə qoşulub dəyişən cərəyan verilir və Om qanuna əsasən dolaqdan dəyişən cərəyan axır. Bildiyimiz kimi cərəyanlı naqil ətrafında maqinit sahəsi yaranır. Bu maqinit sahəsi özünə qısaqapanmağa yol axtarır,onda bu maqinit sahəsi nüvədə qapanır. Buna deyirlər əsas maqinit seli səpələnmə maqinit seli yaradır. Bu da maqinit selinin doyması ilə izah edilir(Nüvədən qapanan maqinit selinin doyması ilə). Səpələnmə maqinit seli hökmən səpələnmə e.h.q-si yaradır. Həmin bu səpələnən maqinit seli döyünən olur.
Sonda onu da qeyd edim ki,dolağın müqaviməti sıfır olduqda ideal transformatorlar deyilir. Lakin buda mümkün deyil.
Yorumlar