Elektrik maşınlarının təsnifatı və SCM-lər

 Elektrik maşınlarının təsnifat,tərkibi

Elektrik maşınları 3 fuksiyanı yerinə yetirir.

Mexaniki enerjini elektirik enerjisinə çevirən qurğular. Bunlara generatorlar deyilir və Faradeyin elekrtromaqinit induksiya qanuna əsasən işləyir.

Elektrik enerjisini mexaniki enerjiyə çevirən qurğular. Bunlara mühərriklər deyilir və Bio-Savar-Laplasın (Amper qanunu) qanuna əsaəlanır.(F=BlI)

Bir parametrli dəyişən cərəyan enrjisini digər parametrli dəyişən cərəyan enerjisinə çevirən qurğular. Bunlara da tranformatorlar deyilir və Maksevelin elektromaqinin induksiya qanuna əsaslanır.

Qeyd: Bildiyiniz kimi transformatorlar maşın deyil.Maşın olması üçün hökmən fırlana hissə olmalıdır. Onda belə bir sual yaranır: “Nə üçün elektrik maşınlarına aid edilir?”. Transformatorların iş zamanı daxilində gedən proseslərin eynisi sinxron mühərriklərində olduğu kimidir. Məhz buna görədə bura aid edilir.

Elektrik maşınlarının işlədiyi cərəyanın növünə görə 2 qurpa bölünür. Dəyişən cərəyan(AC) və sabit cərəyan mühərrikləri(DC).

AC mühərrikləri özüdə 2 qrupa bölünürlər: sinxron və asinxron mühərriklər. Onuda əlavə edim ki,sinxron və asinxron mühərriklər həm generotor,həm də mühərrik kimi  istifadə oluna bilər. Generotorlar əsasən sinxron mühərrikləri olur. Asinxron mühərrikləri isə reaktiv enerji mənbəyi kimi istifadə edilir.(kompensatorlar)

AC və DC mühərriklərin bir-birlərindən fərqli xüsusiyyətləri var. DC mühərriklərin kolektor olur,lakin AC mühərriklərində bu olmur. AC də fırça-kontak mexanizmi ola bilər.  

  Sabit cərəyan mühərrikləri(SCM)

SCM-in hissləri 


1821- ci ilə Faradey ilk elektrik mühərrikini kəşf etmişdir. Bu zaman dilimində Faradey hələ elektromaqinit induksiya qanunu kəşf etməmişdir. 10 il sonra ,yəni 1831-ci ildə kəşf etmişdir. SCM-lər həm generator kimi həm də mühərrik kimi fəaliyyət göstərir. Sinxron mühərrikləri ilə SCM bir-birlərinə bənzəsə də əsas fərqi ilə SCM daha əlverişlidir. Açığı qiymət baxımından sixron mühərriklər daha ucuz başa gəlir. Lakin bəzən keyfiyyət cəhəti ön planda durur. SCM-lərin əsas  fərqi isə əlavə yüklənə bilmə qabiliyyətinin olmasıdır ki,bu da mühərrikin fırlanan hissəsi yüklənməyə məruz qaldıqda işləməyə imkan verir,amma sixron mühərriklər yüklənmə olduqda,fəailyyəti dayana bilər. Bir sözlə,SCM-lər daha yaxşı moment yarda bilir və bununla yanaşı fırlanma tezliyini tənzim etmə imkanı var. 

SCM-lər  quruluş etibarilə 2 hissəsdən ibarətdir:Lövbər(rotor) və induktor(stator)



Lövbər 

İnduktor

Rotor-fırlanan hissədir(lakin SCM-lər rotor anlayışında istifadə edilmir. Doğru olan lövbər deməkdir.)

Lövbər-maşının elə hisssəsinə deyilir ki,orada e.h.q yaransın(induksiyalansın).

İnduktor-maşının sabit hissəsi olub,maqinit selini yardan hissə başa düşülür.

İnduktor və ya digər adı ilə stator əsas və əlavə qütübdən ibarətdir. Bunlar boltlar vasitəsi ilə maşının gövdəsinə birləşdirilir. Əsas qütblərin qalınlığı 0.5-1mm olan,ştamplanmış elektrotexniki polad vərəqlərdən yığılır. Bu qütüplərin üzərinə dolaqlar sarılır. Bu dolağın ucları maşının gövdəsinə sarılır.

Qeyd: SCM-lərinin gövdəsi hökmən elə materiallardan hazırlanır ki,həm bərk olsun həm də maqinit selini keçirən material olsun. Digər maşınlarda bu xüsusiyyət yoxdur.

Əlavə qütüblər iki əsas qütüblərin tən ortasında yerləşir. Əlavə qütüblər kommutasiya prosesini yaxşılaşdırmaq üçündür. Kommutasiya fırça ilə kollektor arsında yarnır(qığılcım əmələ gəlir). Əmələ gələn qığılcım zərərlidir.

Kommutasiya 

Bunun yaranması mexaniki toxunma ilə əlaqədardır. Gəlin daha ətraflı izaha baxaq.

Lövbər dolağında axan dəyişən cərəyanın lövbərin 1 tam dövrü ərzində,yəni 360 dərəcə dönməsi zamanı onun dolağından axan dəyişən cərəyan öz istiqamətini xarici dövrəyə çıxan zaman müsbətdən mənfiyə doğru iki dəfə dəyişir. Bu prosesə kommutasiya (açılıb-bağlanma)deyilir. Bu zaman burada qığılcım yarnır. Əlavə qütbün üzərində dolaq sarılır. Əlavə qütbün dolağı lövbər dolağı ilə ardıcıl qoşulur. Oradan lövbərin cərəyanına bərabər olan cərəyan keçir. 

Statorda kompensasiya dolağıda mövcuddur. Bunun məqsədi lövbər reyaksiyasının maqinitsizləşdirici təsirini yox etməkdir. Bəs lövbər reyaksiyası nədir?

Lövbərdə cərəyan axan zaman(Diqqət!Yalnız cərəyan axan zaman.) bu lövbərin cərəyan yaratdığı maqinit seli təsirlənmə cərəyanının yardığı maqinit selini qismən məhv edir. Buna lövbər reyaksiyası deyilir. 

Lövbər reaksiyası 

Kompensasiya dolağı təsirlənmə dolağının altında və yaxud qütbün uc hissəsində yuvalar açılır və çubuqlar şəklində yerləşdirilir. Lövbər haqqında daha ətraflı məlumat paylaşılacaq.



Yorumlar

Popüler Yayınlar