Sabit cərəyan gücləndiriciləri
SABİT CƏRƏYAN GÜCLƏNDİRİCİLƏRİ. Çox aşağı səviyyədə olan siqnalların
gücləndirilməsi üçün nəzərdə tutulub. Aşağı səviyyə dedikdə yəni həmin
siqnalların ekvivalent tezliklərinin 0-a yaxınlaşması deyilir.
Sabit cərəyan
gücləndiriciləri (SCG) bu tələblərə cavab verməlidirlər.
1) Gücləndiricinin girişində
siqnal yoxdusa, çıxışında da olmamalıdır.
2) Girişdə siqnalın işarəsi
dəyişirsə, çıxışda da dəyişməlidir.
3) Gücləndirici qurğudakı gərginliyin
qiyməti giriş dövrəsindəki gərginliyin qiymətinə mütənasib olmalıdır.
Gücləndiricinin
çıxış dövrəsində gücləndirilmiş faydalı siqnallarla yanaşı, yalançı siqnallar
da alınır. Bu yalançı siqnallar sıfır dreyf
adlanır. Sıfır dreyfin yaranmasına səbəb qida mənbəyinin gərginliyinin
qeyri-stabil olması və tranzistor və rezistorun əsas parametrlərinin temperatur
və zamandan asılı olaraq dəyişməsidir.
Gücləndiricinin
giriş dövrəsinə gətirilmiş sıfır dreyf bu dövrənin çıxış gərginliyinin gücləndirmə
əmsalına nisbəti ilə təyin olunub.
uar = Uçıx/K (ugir
= const)
Sıfır dreyfi
azaltmaq üçün diferensial gücləndiricilərindən istifadə olunur.
DİFERENSİAL GÜCLƏNDİRİCİLƏRİ.
Diferensial
gücləndiricilər iki girişə və iki çıxışa malik simmetrik gücləndiricilər
olmaqla çıxışda iki giriş dövrəsindəki gərginliklərin fərqindən alınan
siqnalları gücləndirir. Diferensial gücləndiricilərin güclənmə əmsalı:
kg = Uçıx.1-2 /
Ugir.1 - Ugir.2
Çıxış
siqnalının qiyməti həm gərginliklərin fərqindən həm də giriş gərginliklərinin cəmindən
asılıdır. Çıxış gərginliyi:
Uçıx.1-2 = kg
(Ugir.1 - Ugir.2) + ks (Ugir.1 + Ugir.2)
/ 2
Ümumi olaraq
belə qənaətə gəlmək olar ki, gücləndiricinin girişinə yalnız diferensial giriş
siqnalı verildiyi halda həmin siqnal gücləndirilir və çıxış dövrəsində gücləndirilmiş
siqnal alınır. Buna görə də bu tip gücləndiricilər diferensial gücləndiricilər
adlanır.
ƏMƏLİYYAT GÜCLƏNDİRİCİLƏRİ.
Bu gücləndiricilər
iki diferensial girişə və bir çıxışa malik sabit cərəyan gücləndiriciləridir.
Əməliyyat gücləndiricilərindən analoq kəmiyyətlər üzərində müxtəlif riyazi əməliyyatların
icra olunmasında istifadə edilir.
ƏG-lərin
girişi iki cür olur: inversləməyən (+), inversləyən (-).
Girişin
hansısa bir tərəfi mənfidirsə həmin tərəf inverslənən olur, əksi isə inversləməyən.
İnversləyən
ƏG. Elektron dövrələrdə
mənfi giriş dövrəsindən istifadə etmək daha əlverişlidir. Çünki burada gərginliyə
görə güclənmə əmsalını tənzimləmək çox rahatdır. Bu tip dövrələrdə gücləndirmə əmsalı:
kƏƏ = Uçıx / Ug
İnversləməyən
ƏG. Bu tip ƏG də giriş siqnalı əsasən inversləməyən girişə
verilir. İnversləyən girişdə isə ardıcıl mənfi əks əlaqə rabitəsi yaradılır.
İnversləyən ƏG də olduğu kimi bu sxemdə də kƏƏ əsasən R1
və Rəə müqavimətləri ilə ifadə edilir. Çıxış gərginliyi:
Uçıx = RaI + RƏƏI, Uçıx = I (Ra + RƏƏ
Yorumlar