Diodlar
Diodlar
Dəyişən cərəyanın sabit cərəyana çevrilməsi
üçün istifadə edilir.Digər deyimlə,cərəyanı yalnız 1 istiqamətə keçirən dövrə
elementidir. Belə bir komponent nəyə lazımdır?
Diod qısa qapanmanın
qarşısını almaq üçün,əks istiqamətdə güclü cərəyanın digər qurğulara keçməməsi
və zədələnməsinin qarşısını almaq və.s digər məqsədlər üçün istifadə edilir.
Diodlar əsasən Si və Ge hazırlanır. Si=0.7V,Ge=0.4-0.3V gərginlik düşgüsü olur. Ona görə də dövrədə dioddan
istifadə edildikdə bu gərginlik düşgüsü nəzərə alınmalıdır. Onuda qeyd edim
ki,diodun düz qoşulması polyarlaşması,tərs qoşulmasıisə tərs polyarlaşma
adlanır. Tərs qoşulma zamanı dioddan cərəyan keçmir. Əlavə olaraq unutmayaq ki,diodun
5 növü var:Zener,Şottki,Varikap,Tunel,Dinistir.
Zener(stabilitron)-Adında məlum olduğu kimi bu diod gərginlik sabitləşdirici fuksiyasını icra edir və cərəyanın artma rejimində işləyir. Dövrəyə əks istiqamət də qoşulur.Əgər düz istiqamətdə qoşularsa,onda özünü adi diod kimi aparır. Sabit gərginlik mənbəyinə qoşulur.
Şottki- Bəzən dövrədə daha az gərginlik düşgüsü olan diod lazım olarsa,onda bu diodan istifadə bizim üçün əlverişlidir. Əsən 0.2-0.4V gərginlik düşgüsü olur. Sabit gərginlik mənbəyinə qoşulur.
Varikap-Bu diodun çıxışında kondensator mövcuddur. Məhz bunun hesabına dövrədə elektrik olmadıqda kondesatora yığılmış elekrtik yükü ilə qısa zaman ərzində dövrə elektirik enerjisi ilə təmin olunur. Dəyişən cərəyan mənbəyinə qoşulur.
Tunel- Bu diod kiçik p-n keçidinə və 2 böyük potensial baryerə malikdir. Gərginlik artıqca cərəyan azalır və diod bağlanır. Əksi olduqda diod açılır. Dəyişən cərəyan mənbəyinə qoşulur.
DIAC (dinistr və ya simmetrik diod)- İki bir-birinə əks istiqamətdə qoşulmuş bu komponentdən hər iki istiqamətdə cərəyanı keçirmək məqsədilə dəyişən cərəyan dövrələrində istifadə edilir.
Yorumlar